"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi

20:41 - 13 Mart 2026

\"Araz-Naxçıvan\" \"Karvan-Yevlax\"a qalib gəldi

Misli Premyer Liqasında XXIV tura start verilib.


Manset.az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib.

Bakıdakı "Liv Bona Dea Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb. Qonaqlarda Kayl Spens 51-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 8 xalla sonuncu-12-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az