Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

22:14 - 15 Mart 2026

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.


Manset.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib. Bu, Avropa çempionatında Azərbaycanın 5-ci bürünc medalı olub.

Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medal sahibi olublar.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az