Türkiyə milli futbol komandası Kosova üzərindəki qələbənin ardından vətənə qayıdıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 24 illik fasilədən sonra Türkiyə Dünya Kubokuna vəsiqə qazanması ilə bağlı təəssüratlarını paylaşan Hakan Çalhanoğlu, "Başardığımız üçün çox xoşbəxtəm. Ölkəmizi sevindirdiyimiz üçün çox qürurluyam. Artıq 24 il sonra bunu bacardığımız üçün çox fəxr edirəm", - deyib.
Kerem Aktürkoğlunun qoluyla Dünya Kubokuna 24 ildən sonra vəsiqə qazanan komanda İstanbul Hava Limanının Ümumi Hava Nəqliyyatı Terminalına enərkən qapıda böyük coşqu və təbriklərlə qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: