Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2026-da iştirak edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Manset.az xəbər verir ki, bu haqda "El Chiringuito" məlumat yayıb.
"İnter Mayami"nin 38 yaşlı hücumçusunun yığmanın yekun heyətinə daxil edilməsinə zəmanət verilmir. Əsas risk faktorları bir sıra zədələr, eləcə də oyunçunun fiziki hazırlığına təsir göstərə biləcək yaşıdır.
Buna baxmayaraq, argentinalı baş məşqçi Lionel Skaloni əvvəllər təcrübəli hücumçunun turnirdə iştirak etmək lehinə qərar verəcəyinə ümid etdiyini bildirmişdi.
Messi 2005-ci ildən milli komandada oynayır və bu müddət ərzində 198 matçda 116 qol vurub.