"Turan Tovuz" "Araz-Naxçıvan"a qalib gəldi

19:14 - 17 Aprel 2026

\"Turan Tovuz\" \"Araz-Naxçıvan\"a qalib gəldi

Misli Premyer Liqasının XXVIII turunda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib.


Manset.az xəbər verir ki, Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İbrahima Vadji 71-ci dəqiqədə hesabı açıb. 82-ci və 90+2-ci dəqiqələrdə isə Joarlem Santos fərqlənib.

Tovuz klubu 55 xalla üçüncü, Naxçıvan təmsilçisi 39 xalla altıncı pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş "Zirə" İdman Kompleksinin stadionunda, saat 19:30-da başlayacaq. Rəqibindən bir oyun az keçirən "ağ-qaralar" 43 xalla beşinci, meydan sahibləri 44 xalla dördüncüdür.

Tura aprelin 19-da yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az