"Çelsi" futbolçusu Moyzes Kaysedo ilə müqaviləsini uzadıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, tərəflərin yeni müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub.
Bu mövsüm 24 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 10 oyunda iştirak edib və 2 qol vurub.