"Real" Asensionun son durumunu açıqladı

01:30 - 19 Aprel 2026

\"Real\" Asensionun son durumunu açıqladı

"Real"ın müdafiəçisi Raul Asensionun səhhəti ilə bağlı rəsmi açıqlama verilib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bir müddət əvvəl ispaniyalı futbolçunun səhhətində yaranan problemlərə görə iki həftə ərzində 6 kiloqram çəki itirdiyi bildirilirdi. Madrid təmsilçisinin yaydığı bəyanatda gənc oyunçuya bakterial enterokolit diaqnozu qoyulduğu təsdiqlənib.

Beləliklə, məcburi istirahətə yollanan Raul Asensio "kral klubu"nun qarşıdan gələn matçında komandasına kömək edə bilməyəcək. Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda aprelin 21-də İspaniya La Liqası çərçivəsində öz meydanında "Alaves"i qəbul edəcək.

Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində lider "Barselona"dan 9 xal geri qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az