Coze Maurinyo "Benfika"nın "Sporting"i 2-1 məğlub etdiyi oyundan sonra kameralara uzun illər unudulmayacaq bir hərəkət edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliya Liqasının 30-cu həftəsində "Sporting" ilə "Benfika" Jose Alvalade Stadionunda üz-üzə gəlib. Coze Maurinyonun rəhbərlik etdiyi "Benfika" əlavə vaxtda Rafa Silvanın vurduğu qolla meydanı 2-1 qalib tərk edib.
Bu nəticə ilə "Benfika" liqanı məğlubiyyətsiz yekunlaşdıraraq xallarını 72-yə çatdıraraq ikinci yerə yüksəlib. Bir oyun əksi olan "Sporting" isə 71 xalla üçüncü sıraya düşüb, lider Portonun isə 79 xal qazandığı bildirilib.
Rafa Silvanın son dəqiqə qolunun ardından "Benfika" tərəfdarlarında böyük sevinç yaşanarkən qarşılaşmanın bitiş siqnalının ardından Maurinyonun etdiyi hərəkət diqqət çəkib.
Əvvəlki dövrlərdə də oxşar davranışları ilə diqqət çəkən təcrübəli baş məşqçi bu dəfə sinəsindəki özünə aid loqonu göstərib, sonra barmağı ilə başını işarə edib.
Maurinyonun bu anları sosial mediada qısa zamanda geniş təəccüb yaradıb.
Həmin görüntüləri təqdim edirik:
Jose Mourinho derbi zaferini böyle kutladıpic.twitter.com/wiwhrBUV1O
— HG Spor (@HG_Spor) April 20, 2026