Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.
Manset.az xəbər verir ki, ilk finalçının adına “Zirə” - “Turan Tovuz” matçında aydınlıq gələcək.
Zirə ilk oyunda 2:0 hesablı qələbəyə sevinib. Digər finalçının adına sabah keçiriləcək “Sabah” - “Qarabağ” matçında aydınlıq gələcək.
Azərbaycan Kuboku Yarımfinalın cavab oyunu
21 aprel “Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.