Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Manset.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Ömər Halis Rəcəbə (8:0) qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, bu gün İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaqlar.