Kluba vaxtında qayıtmadığı üçün cərimələndi

07:30 - 22 Aprel 2026

Kluba vaxtında qayıtmadığı üçün cərimələndi

"Napoli"nin hücumçusu Romelu Lukaku klubla ciddi gərginlik yaşayır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu fərdi reabilitasiyanı ölkəsində davam etdirdiyi üçün komandaya vaxtında qayıtmayıb və bu səbəbdən intizam problemi ilə üzləşib.

Klub rəhbərliyi ilə keçirilən görüşdən sonra tərəflər arasında müvəqqəti razılıq əldə olunub və Lukakuya proqramını Antverpendə davam etdirməyə icazə verilib. Lakin buna baxmayaraq, o, 150 min avro cərimə olunacaq.

Məlumata görə, bu vəziyyət futbolçunun yayda satışa çıxarılması ehtimalını da gündəmə gətirib.

Qeyd edək ki, Lukaku 2024-cü ilin yayında "Çelsi"dən "Napoli"yə transfer olunub və bu mövsüm 7 oyunda 1 qol vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az