Xəbər verdiyimiz kimi, "Real Madrid"in futbolçusu Arda Gülərin sağ arxa əzələsində əzələ zədələnməsi aşkar edilib.
Manset.az xəbər verir ki, 21 yaşlı oyunçunun meydanlardan nə qədər uzaq qalacağı açıqlanıb. Belə ki, Arda Gülər ən azı 4 həftə oyunlarda iştirak edə bilməyəcək.
Mövsümün qalan hissəsində riskə girməsi gözlənilməyən Arda Gülər iyun ayında ABŞ, Kanada və Meksika ölkələrinin ev sahibliyi edəcəyi "FIFA 2026" Dünya Kubokunda forma geyinə bilmək üçün hazırlıqlarını davam etdirəcək.