La Liqada aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı "Barselona"nın hücumçusu Lamin Yamal seçilib.
Aprel ayında Yamal 3 oyunda iştirak edərək 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Yamal La Liqanın 33-cü turunun "Selta" ilə matçında zədələnib və cari mövsüm meydana çıxa bilməyəcək.