Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Manset.az xəbər verir ki, yarışın altıncı günündə 2 sərbəst güləşçi fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kiloqram) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub.
İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6.