"Barselona"nın futbolçusu Lamin Yamal La Liqada ayın ən yaxşı oyunçusu mükafatına görə "Real"ın sabiq hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu dördüncü dəfə La Liqada ayın oyunçusu seçilib.
Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabrında, eləcə də 2026-cı ilin aprelində La Liqada ayın oyunçusu seçilib.
Ronaldo isə bu mükafatı 3 dəfə qazanıb. O, 2013-cü ilin noyabrında, 2015-ci ilin və 2017-ci ilin may ayında bu ada layiq görülüb.
Qeyd edək ki, La Liqada ayın oyunçusu mükafatı 2013-cü ildən təqdim olunur.