"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
Manset.az xəbər verir ki, XXIX turun oyunu 5:1 hesabı ilə yekunlaşıb.
Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai vurub.
Meydan sahiblərindən isə 21-ci dəqiqədə Elvin Bədəlov adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.
Günün ilk matçında "Şamaxı" "Kəpəz"ə qalib gəlib - 2:0.
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.