Sadəddin Saran Tedeskonu buna görə göndəribmiş - Özü AÇIQLADI

12:08 - 29 Aprel 2026

Sadəddin Saran Tedeskonu buna görə göndəribmiş - Özü AÇIQLADI

"Fənərbağça" Prezidenti Sadəddin Saran ötən gün futbolçularla görüş keçirib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Domeniko Tedesko ilə yolların ayrılmasının səbəblərini açıqlayıb.


"Fənərbağça"da 3-0-lıq "Qalatasaray" məğlubiyyətinin ardından vəziyyət gərginləşib. Klub əvvəlcə Domeniko Tedesco və Devin Özek ilə yolların ayrıldığını bildirib. Ötən gün isə Sadəddin Saran klubun 6-7 iyun tarixlərində fövqəladə seçki qurultayı keçirəcəyini elan edib. Saran görüşdə gələcəkdə prezidentlik üçün namizəd olmayacağını bildirib.


O, aldığı qərarı futbolçulara bildirərkən, "Həmişə sizinlə birlikdə olduq, dəstək verdik. Bu komanda ən azından Çempionlar Liqasına getməyə layiqdir. 3 oyunu qazanın və bunu həyata keçirin. Domeniko Tedesconu da yeni idarəetmənin önünü açmaq üçün göndərdik" - ifadələrini istifadə edib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az