Neymar tanınmış şəxsin oğluna şillə vurdu - SƏBƏB

17:39 - 04 May 2026

Neymar tanınmış şəxsin oğluna şillə vurdu - SƏBƏB

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar məşq zamanı komanda yoldaşı ilə mübahisə edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, mübahisə zamanı braziliyalı futbolçunun keçmiş futbolçu Robinhonun oğlu olan komanda yoldaşı Robinho Jr.-a şillə vurduğu bildirilib.

Verilən məlumata görə, hadisə keçmiş futbolçu Robinhonun oğlu olan gənc oyunçu Robinho Jr.-ın məşq zamanı Neymara badalaq atması ilə başlayıb. Bu hərəkətdən sonra əsəbiləşən Neymar gənc futbolçuya daha diqqətli oynamağı tövsiyə edib. Lakin oxşar sərt hərəkətlərin davam etməsi üzərinə ikili arasındakı sözlü mübahisə qısa zamanda fiziki mübahisəyə çevrilib. 

Hadisə sonrası məşqdə gərginlik artarkən, digər oyunçuların müdaxiləsi ilə mübahisənin böyüməsinin qarşısı alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az