"Arsenal" UEFA Çempionlar Liqasının ilk finalçısı oldu

01:14 - 06 May 2026

\"Arsenal\" UEFA Çempionlar Liqasının ilk finalçısı oldu

UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.


Manset.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın "Atletiko" komandası İngiltərədə "Arsenal"ın qonağı olub.

Qarşılaşma "Emireyts" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Matç "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Arsenal" finala vəsiqə qazanan tərəf olub.

Qeyd edək ki, digər finalçı bu gün bəlli olacaq. "Bavariya" Almaniyada Fransanın PSJ komandası ilə qarşılaşacaq. Birinci qarşılaşmada PSJ qalib olub - 5:4.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az