UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

09:33 - 06 May 2026

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.


Manset.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda "Bavariya" Almaniyada Fransanın PSJ komandasını qəbul edəcək.

Qarşılaşma "Allianz Arena"da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq.

Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 5:4.

Xatırladaq ki, cütün qalibi finalda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. London klubu doğma meydanda İspaniyanın "Atletiko" kollektivini 1:0 hesabı (ilk oyun - 1:1) ilə üstələyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az