"Ayntraxt" klubu baş məşqçi Albert Riera ilə yollarını ayırmağa hazırlaşır.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Ayrılığın mövsümün sonunda rəsmiləşəcəyi bildirilir.
Məlumata görə, qərarın komandanın qeyri-sabit nəticələri ilə bağlı olduğu ehtimal edilir. Hazırda "Ayntraxt" Bundesliqada 43 xalla 8-ci pillədə qərarlaşıb və son 6 oyunda cəmi 1 qələbə qazanıb.
Qeyd edək ki, Riera yanvar ayından etibarən Almaniya təmsilçisini çalışdırır.