"Kəpəz" "Sabah"a qalib gəldi

22:51 - 08 May 2026

\"Kəpəz\" \"Sabah\"a qalib gəldi

Misli Premyer Liqasının XXXI turunda "Kəpəz" səfərdə son Azərbaycan çempionu "Sabah"a qalib gəlib.


Manset.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub.

Turnir cədvəlində 10-cu sırada yer alan "Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq yerini möhkəmləndirib. 75 xalla lider olan "Sabah" isə çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, turun açılış matçında "İmişli" və "Zirə" qolsuz bərabərə qalıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az