Baş məşqçi futbolçudan üzr istədi

00:30 - 15 May 2026

Baş məşqçi futbolçudan üzr istədi

“Aston Villa”nın baş məşqçisi Unay Emeri yarımmüdafiəçi Harvi Elliottdan üzr istəyib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, buna futbolçunun kifayət qədər oyun vaxtı qazanmaması səbəb olub.

“Liverpul”dan icarə əsasında Birminqem klubuna keçən 23 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə cəmi 278 dəqiqə meydanda olub.

Məlumata görə, Emeri müqavilədə yer alan 35 milyon funt sterlinqlik məcburi satınalma bəndinin aktivləşməməsi üçün Elliotta az şans verib. Belə ki, futbolçu Premyer Liqada 10 oyuna çıxacağı halda, “Aston Villa” onu birdəfəlik transfer etməli idi. Hazırda isə Elliot çempionatda yalnız 4 matçda iştirak edib.

İspaniyalı mütəxəssis qərarın ağır olduğunu etiraf edib:

“Bu qərarın səbəbini indi izah etmək çətindir. Əlbəttə, vəziyyət prosesdə iştirak edən hər kəs üçün xoş deyil və mən hər gün öz içimdə Harvi Elliottdan üzr istəyirəm. Amma bizim də öz məsuliyyətimiz var”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az