"Çelsi" rəhbərliyi komandanın hücumçusu Joao Pedro ilə bağlı qərarını qətiləşdirib.
Manset.az Fanat.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Barselona"nın 70 milyon avroya almaq istədiyi forvardı satmaq niyyətində deyil. Mənbə "zadəganlar"ın Pedronu heyətdə saxlamağı vacib saydıqlarını və bu yay bir neçə yüksək səviyyəli transfer reallaşdıraraq güclənməyə çalışacaqlarını vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 48 matça çıxan Pedro 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı braziliyalı oyunçunun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.