"Şəfa" Premyer Liqaya vəsiqə qazandı

19:28 - 15 May 2026

\"Şəfa\" Premyer Liqaya vəsiqə qazandı

Bu gün Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.


Manset.az xəbər verir ki, lider “Şəfa” “Cəbrayıl”ı qəbul edib.

"Şəfa" bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi “Səbail”in xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Komanda işi şansa buraxmayıb.

Bakı təmsilçisi evdə qalib gələrək I Liqanın çempionu olub. Bununla da, komanda Premyer Liqaya vəsiqə qazanıb.

15 may (cümə)
Azərbaycan I Liqası
XXVI tur

17:00.“Mingəçevir” – MOİK 3:1
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

17:00.“Səbail” – “Şahdağ Qusar” 0:0
“Bayıl Arena”

17:00.“Baku Sportinq” – “Zaqatala” 3:0
Buzovna qəsəbə stadionu

17:00.“Şəfa” – “Cəbrayıl” 1:0
Binə qəsəbə stadionu


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az