Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu 

12:40 - 17 May 2026

Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu 

Londonun “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.


Manset.az xəbər verir ki, İngiltərə təmsilçisi komandanın sükanının tanınmış ispan mütəxəssis Xabi Alonsoya tapşırıldığını elan edib.

London klubu ilə təcrübəli çalışdırıcı arasında 4 illik müqavilə imzalanıb. Keçmiş baş məşqçi Liam Rosenyoru əvəzləyən Xabi Alonso iyulun 1-dən etibarən işinə başlayacaq.

Qeyd edək ki, ispan mütəxəssisin son iş yeri vətəni olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər Madrid “Real”ının baş məşqçisi postunda çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az