Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı keçirilib.
Manset.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı uğurlu çıxışı ilə Avropa çempionu olub.
80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə rəqibi üzərində inamlı qələbə qazanaraq qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Nihad Süleymanlı Şəki güləş məktəbinin yetirməsidir.