“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi

17:55 - 21 May 2026

“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi

“Qarabağ” növbəti transferini gerçəkləşdirməyə yaxındır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transferi rəsmiləşdirmək üçün Azərbaycana yollanıb.

Bildirilir ki, futbolçu Bakıda tibbi müayinədən keçəcək və daha sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.

“Qarabağ”ın futbolçu ilə maraqlandığı son günlər məlum olmuşdu. Hazırda transferin yekun mərhələdə olduğu qeyd edilir.

Zakariya Savo son 5 ayda Kiprin AEL klubunda uğurlu çıxışı ilə diqqət çəkib (22 oyuna 10 qol). Onun oyunu bir sıra klubların marağına səbəb olsa da, karyerasını Azərbaycanda davam etdirməyə hazırlaşdığı bildirilir.

O, müqavilə ilə “Yurqorden”ə (İsveç) məxsusdur. Savo karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında da oynayıb.

Xatırladaq ki, "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az