"Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb.
Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsi başa çatan qapıçı Məmməd Hüseynov komandanı tərk edib. 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qolkiper ötən mövsüm Misli Premyer Liqasında 7 matçda meydana çıxıb.
Qeyd edək ki, yay fasiləsində müdafiəçi Rauf Hüseynli də "Kəpəz"dən ayrılıb.