logo
logo logo
logo

"Qarabağ" optimal formada deyil, buna görə ciddi olmalıyıq" - Qurban Qurbanov

21:02 - 16 İyun 2026

\"Qarabağ\" optimal formada deyil, buna görə ciddi olmalıyıq\" - Qurban Qurbanov

"Qarabağ" optimal formada deyil, buna görə ciddi olmalıdır.



Manset.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Vestri" (İslandiya) komandasından və "Qarabağ"ın 2026/2027 mövsümünə hazırlığından danışıb:

"Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda, transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə, qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır.

Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur.

"Vestri" barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Sabah"a, Konfrans Liqasında mübarizə aparacaq "Zirə" və "Neftçi"yə uğurlar arzulayırıq".

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək. "Köhlən atlar" ilk matçını səfərdə keçirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az