Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib.
Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.
"In Gernot Langes" stadionunda keçirilən matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.
Xatırladaq ki, bundan əvvəl "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.