"Fənərbağça" yay transfer dövrünün ən səs-küylü keçidlərindən birini reallaşdırmağa yaxındır. İstanbul təmsilçisi uzun müddətdir gündəmində olan ingiltərəli cinah oyunçusu Meyson Qrinvudun transferi ilə bağlı "Marsel" klubu ilə razılığa gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qrinvudun adı ilk olaraq prezidentliyə keçmiş namizəd Hakan Safi tərəfindən gündəmə gətirilmişdi. Safi seçiləcəyi təqdirdə futbolçunun komandaya transfer olunacağını açıqlasa da, klubdaxili seçkilərdə məğlub olmuşdu.
Daha sonra "Fənərbağça"nın prezidenti Aziz Yıldırım da bu transferin reallaşdırılması üçün danışıqlara başlayıb. Həftələrdir klubun transfer gündəminin əsas mövzusu olan Meyson Qrinvudun keçidinin artıq yekunlaşmaq üzrə olduğu bildirilir.
İngiltərəli futbolçunun transferi ilə "Roma" və "Atletiko Madrid" də maraqlansa da, hər iki klub son anda danışıqlardan geri çəkilib.
Daha sonra "Fənərbağça" Meyson Qrinvudun transferi ilə bağlı "Marsel" ilə danışıqları sürətləndirib.
Gərgin keçən danışıqlardan sonra tərəflərin 45 milyon avro sabit ödəniş və 5 milyon avro bonus qarşılığında razılığa gəldiyi bildirilir.
Məlumata görə, 45 milyon avroluq transfer məbləği hissə-hissə ödəniləcək.