logo
logo logo
logo

Azərbaycan futbol tarixində ilk - Bu oyunçu 12 milyona satıldı

14:38 - 08 İyul 2026

Azərbaycan futbol tarixində ilk - Bu oyunçu 12 milyona satıldı

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transfer etdiklərini təsdiqləyib.


Manset.az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına danışıb:
“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir”.

“Qarabağ” Kamilo Duranı “Seltik”ə 5,5 milyon funt sterlinqə (12 milyon manat) satıb. Bu, Azərbaycan futbolunda ən bahalı satış olacaq. 

24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Xitab24.az saytı verib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az