logo
logo logo
logo

"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır

09:25 - 16 İyul 2026

\"Qarabağ\" Avropa Liqasında cavab oyununa çıxır

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.


Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq.

Reykyavikdəki "Torfnesvöllur" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.

Bakıdakı ilk matçda "köhlən atlar" üç cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az