logo
logo logo
logo

"Fənərbağça"nın ulduzu yeni klubu ilə müqaviləsini imzaladı

17:07 - 20 İyul 2026

\"Fənərbağça\"nın ulduzu yeni klubu ilə müqaviləsini imzaladı

"Fənərbağça" ilə yollarını ayıran futbolçu Emre Mor karyerasını Niderlandda davam etdirəcək.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 28 yaşlı cinah oyunçusu Erediviziya təmsilçisi "NEC Neymegen" ilə 2 illik müqavilə imzalayıb.

Transferdən sonra açıqlama verən Emre Mor "NEC Neymegen" ailəsinə qoşulduğu üçün xoşbəxt olduğunu bildirib. Klubun texniki direktoru Karlos Aalbers isə futbolçunun yüksək keyfiyyətlərə malik olduğunu vurğulayaraq, onun yenidən ən yüksək səviyyədə çıxış etməsi üçün birlikdə çalışacaqlarını deyib.

Qeyd edək ki, Emre Morun "Fənərbağça" ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra o, İstanbul klubundan ayrılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az