“Nyukasl”ın baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu qərarı özü verib. O, 2021-ci ilin noyabrında “Nyukasl”ın baş məşqçisi təyin olunmuşdu. Haunun rəhbərliyi altında komanda iki dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb və klub tarixində ilk dəfə bu turnirin pley-off mərhələsinə yüksəlib.
“Nyukasl” 2024/2025 mövsümündə Eddi Hau ilə İngiltərə Liqa Kubokunu qazanaraq 70 ildən sonra ölkədaxili ilk titulunu əldə edib.
Klubun yaydığı açıqlamada deyilir:
“Onun işə sevgisi, sədaqəti və şəhər, klub, eləcə də azarkeşlərlə əlaqəsi İngiltərənin şimal-şərqində çalışdığı müddət ərzində dəyişməz qaldı. O, klubun gələcəkdə möhkəm mövqeyə sahib olmasını təmin edəcək təməlin qoyulmasına kömək etdi".