logo
logo logo
logo

"Real Madrid" Vinisius Juniorla yeni müqavilə danışıqlarını davam etdirir

13:19 - 04 Avqust 2026

\"Real Madrid\" Vinisius Juniorla yeni müqavilə danışıqlarını davam etdirir

İspaniyanın "Real Madrid" klubu braziliyalı ulduz futbolçu Vinisius Juniorla yeni müqavilə üzrə danışıqları davam etdirir. Hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq futbolçunun gələcəyi həm klub rəhbərliyinin, həm də Avropanın aparıcı komandalarının diqqət mərkəzindədir.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, başda İngiltərənin "Arsenal" klubu olmaqla bir sıra komandalar Vinisius Juniorun "Real Madrid"dəki vəziyyətini yaxından izləyir.

Defensa Central nəşrinin yaydığı xəbərə əsasən, "Real Madrid"in prezidenti Florentino Peres futbolçunu komandada saxlamaqda qərarlıdır və bu məqsədlə onunla fərdi görüş keçirməyi planlaşdırır.

Nəşrin iddiasına görə, Vinisius Junior müqavilə şərtləri baxımından Kilian Mbappenin PSJ-də çıxış etdiyi dövrdə malik olduğu imtiyazlara bənzər razılaşma tələb edir. Futbolçu imza haqqı ilə yanaşı, müxtəlif bonusların və mükafat ödənişlərinin də müqaviləyə daxil edilməsini istəyir.

Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, "Real Madrid"in digər ulduz futbolçuları Arda Gülər və Cud Bellinqem də Vinisius Juniorun müqavilə danışıqlarının nəticəsini yaxından izləyirlər.

Məlumatda bildirilir ki, Arda Gülər və Cud Bellinqem kimi komandanın aparıcı futbolçuları Vinisius Juniorun tələb etdiyi bonus və mükafat şərtlərinə etiraz edə bilərlər.

İddiaya görə, "Real Madrid" Vinisius Juniorla onun irəli sürdüyü şərtlər əsasında yeni müqavilə imzalayacağı təqdirdə, həm Arda Gülər, həm də Cud Bellinqem gələcək müqavilə danışıqlarında oxşar maliyyə tələbləri irəli sürə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az