logo
logo logo
logo

Qurban Qurbanov məğlubiyyəti bununla əlaqələndirdi

23:41 - 06 Avqust 2026

Qurban Qurbanov məğlubiyyəti bununla əlaqələndirdi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçı dəyərləndirib.


Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

"Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qaldırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az