Türkiyənin “Fənərbaxça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.
Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Romelu Lukakunun transferini rəsmən açıqlayıb.
Hücumçu ilə 1+1 illik razılıq əldə olunduğunu bildirib.
33 yaşlı futbolçu müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün bu axşam İstanbula gələcək.
Lukaku son olaraq İtaliyanın “Napoli” klubunda çıxış edib.