“Mançester Yunayted”in sabiq hücumçusu Entoni Marsyal Fransa Liqa 1-dən aldığı iki təklifi rədd edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçuya adı açıqlanmayan iki klub maraq göstərib. Onlardan biri çempionluq uğrunda mübarizə aparır, digəri isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.
Hər iki klubun idman direktorları Marsyala əsas heyətdə yerinin təmin olunacağına zəmanət verməyib. Onlar futbolçunun beynəlxalq təcrübəsindən və yüksək səviyyəli hazırlığından gənc oyunçuların inkişafında yararlanmaq istəyiblər.
Bu səbəbdən Marsyal təklifləri qəbul etməyib. O, hazırda fərdi məşqlərini davam etdirir və klubsuzdur.
Qeyd edək ki, Marsyalın karyerasında sonuncu klub Meksikanın “Monterrey” komandası olub.