ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən 39 yaşlı hücumçu Lionel Messi Argentina millisində sonuncu oyununu oktyabrın 6-da keçirəcək.
Manset.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia bildirib.
Həmin gün Argentina millisi yoldaşlıq görüşündə Beninlə qarşılaşacaq.
Matç Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək.