logo
logo logo
logo

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq 

15:40 - 29 Oktyabr 2026

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.


Manset.az xəbər verir ki, günün ilk oyununda I Liqa təmsilçiləri “Xankəndi” və “Gəncəbasar” komandaları üz-üzə gələcəklər. Digər görüşdə isə I Liqada mübarizə aparan “Karvan-Yevlax” II Liqa təmsilçisi “Zəngəzur”la qarşılaşacaq. Hər iki oyun saat 14:00-da başlayacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

29 oktyabr

14:00. “Xankəndi” – “Gəncəbasar”

Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Stadion: Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Zəngəzur” – “Karvan-Yevlax”

Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Stadion: Binə qəsəbə stadionu.

Qeyd edək ki, daha əvvəl “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şamaxı”, “Şahdağ Qusar”, “Şəfa”, “Kəpəz”, 1/8 finala yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az