logo
logo logo
logo

“Qalatasaray”ın vitse-prezidenti istefa verdi

15:52 - 01 Noyabr 2026

“Qalatasaray”ın vitse-prezidenti istefa verdi

“Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.


Manset.az xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    Öztürk oktyabrın 27-də keçirilən klubun İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini bildirib.

    O, baş verən hadisələrə görə istefa qərarı verdiyini açıqlayıb:

    “Oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında fiziki hücuma və mərhum anama qarşı təhqirə çevrilən hərəkətləri qəbul etməyə nə "Qalatasaray" tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə imkan verir”.

    Metin Öztürk bu gündən etibarən “Qalatasaray”ın İdarə Heyətindən və kluba bağlı şirkətlərdə tutduğu bütün rəhbər vəzifələrindən ayrıldığını bəyan edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az