“Fənərbağça”da yeni baş məşqçinin təyinatı ilə bağlı mühüm yenilik baş verib. İstanbul təmsilçisi daha əvvəl “Portu” və “Milan” klublarında çalışmış portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə razılığa gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsmayıl Kartalla yolların ayrılmasından sonra milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyədək “Fənərbağça”nın müvəqqəti baş məşqçisi vəzifəsinə Dirk Kuyt təyin edilmişdi. Lakin “Göztəpə” ilə qarşılaşmada gözlənilməz məğlubiyyətin ardından klubun yeni baş məşqçisinin müəyyənləşməsi ilə Kuytun da komandadan ayrılacağı gözlənilir.
Beləliklə, “Fənərbağça” rəhbərliyi yeni baş məşqçi axtarışını yekunlaşdıraraq komandanın sükanı arxasına Serjiu Konseysau gətirmək barədə qərar verib.