Azərbaycan cüdoçusu medal görüşünə çıxa bilməyəcək

17:41 - 01 Aprel 2022

Azərbaycan cüdoçusu medal görüşünə çıxa bilməyəcək

Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.

 

Manset.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az