Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi

16:17 - 04 Aprel 2022

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir səlahiyyət müddətinin bitməsinə 1 il qalmış istefa verib.

 

Manset.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin idman departamentinin rəhbəri Mehmet Arslan özünün tviter səhifəsində paylaşım edib.

Qeyd edək ki, Nihat Özdemir 2019-cu ilin iyununda TFF prezidenti seçilib. Həmçinin TFF seçkiləri 2023-cü ilin iyununda keçiriləcəyi deyilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az