Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
Manset.az-ın məlumatına görə, "timsahlar" XXXIV turda "Denizlispor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanıb yeganə qolunu 30-cu dəqiqədə Namik Ələskərov vurub. Görüşə start heyətdə başlayan 27 yaşlı yarımmüdafiəçi 55-ci dəqiqədə penaltidən yararlana bilməyib. Ələskərov 64-cü dəqiqədə İsmail Yükseklə əvəzlənib.
Qeyd edək ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan "Bursaspor" qələbə sayəsində xallarının sayını 35-ə çatdırıb.