Emrelinin komandası Çempionlar Liqasında qələbə QAZANDI

00:23 - 03 Avqust 2022

Emrelinin komandası Çempionlar Liqasında qələbə QAZANDI

Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Manset.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilir.

Onlardan bəziləri artıq başa çatıb.

Açılış matçında “Şerif” Moldovada Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edib. Görüş qonaqların minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:2.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu isə Bolqarıstanda “Lüdoqorets”in qonağı olub. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyib. Buna baxmayaraq, onun komandası qələbə qazanmağa müəvəffəq olub - 1:2.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

“Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) – 1:2

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:2


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az