“Neftçi” hesabı açdı - Yenilənir

21:56 - 04 Avqust 2022

“Neftçi” hesabı açdı - Yenilənir

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün III təsnifat mərhələsində ilk matçına çıxacaq.

Manset.az xəbər verir ki, bakılılar doğma azarkeşləri önündə Avstriya “Rapid”ini qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
4 avqust

21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya)
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. “Bakcell Arena”

***

Matç başladı.

***

“Neftçi” hesabı açdı. Ataa Jaber 44-cü dəqiqədə “Rapid”in qapısına yol tapdı.

***

İlk hissə başa çatdı.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az