“Fənərbağça” Avropa Liqasına qələbə ilə başladı - VİDEO

23:50 - 04 Avqust 2022

“Fənərbağça” Avropa Liqasına qələbə ilə başladı - VİDEO

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.

Manset.az xəbər verir ki, turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb.

Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş keçirilir ki, onlardan bəziləri artıq başa çatıb.

Açılış matçında AEK “Partizan”dan üstün olun 2:1.

Gecənin maraqla gözlənilən matçlarından biri isə Türkiyədə baş tutub. “Fənərbağça”  Çexiyanın “Slovaçko” komandasını sınağa çəkib. İstanbul klubu rəqibinin qapısından üç cavabsız top keçirib - 3:0.

Başa çatan “Malmö” – “Düdelanj” matçında da eyni hesab qeydə alınıb - 3:0.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya) 2:1

“Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) 3:0

“Fənərbağça” (Türkiyə) – “Slovaçko” (Çexiya) 3:0

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az